satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub

Azərbaycan və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğluya zəng vuraraq qardaş Türkiyənin Kahramanmaraş, Qaziantep və digər cənub bölgələrində baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların ailələrinə, Türkiyə hökumətinə və xalqına başsağlığı diləklərini çatdırıb. Nazir yaralıların tezliklə sağalmasını arzulayıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildiriblər ki, nazir Ceyhun Bayramov Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu və zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində hər bir yardım göstərməyə hazır olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının Prezidentinin tapşırığı əsasında yaxın saatlarda axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş Türkiyəyə yola düşəcəyi bildirilib.

Nazir Mövlud Çavuşoğlu bu həmrəyliyə və göstərilən dəstəyə görə minnətdarlığını diqqətə çatdırıb.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM