satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyev: Türkiyədə zəlzələ nəticəsində insan tələfatı barədə xəbər Azərbaycanı sarsıdıb

Prezident İlham Əliyev: Türkiyədə zəlzələ nəticəsində insan tələfatı barədə xəbər Azərbaycanı sarsıdıb

Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbər Azərbaycanı çox sarsıtdı və kədərləndirdi.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev türkiyə Prezidenti Rəcəb tayyib Ərdoğanla telefon danışığı zamanı söyləyib.

Dövlətimizin başçısı həlak olanlarla bağlı başsağlığı verib, yaralananların tezliklə şəfa tapmasını diləyib.

Azərbaycan Prezidenti qeyd edib ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM