satellite   Azerspace-1: 11135 H 30000

Böyük Britaniya minatəmizləmə sahəsində Azərbaycan ilə əməkdaşlığı davam etdirəcək

Böyük Britaniya minatəmizləmə sahəsində Azərbaycan ilə əməkdaşlığı davam etdirəcək

“Böyük Britaniya ANAMA ilə əməkdaşlığı davam etdirəcək”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin siyasi attaşesi Abby Lauren Mothervell BMT-nin İnkişaf Proqramının (BMTİP) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə Şuşada minatəmizləmə mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, britaniyalı mütəxəssislərin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən minatəmizləmə prosesində daha da fəal iştirak etməsi planlaşdırılır.

"Minatəmizləmə məsələsində ümumi səylərlə həll edilməli olan bir çox problemlər var. Böyük Britaniya minaların biosfer və ətraf mühit üçün zərərli olduğunu və ilk növbədə, təbii ki, insan həyatı üçün təhlükə yaratdığını başa düşür", - Abby Lauren Mothervell bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:15 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM