satellite   Azerspace-1: 11135 H 30000

“SOCAR Türkiyə” zəlzələ bölgəsindəki xilasetmə avtomobillərini pulsuz benzinlə təmin edir

“SOCAR Türkiyə” zəlzələ bölgəsindəki xilasetmə avtomobillərini pulsuz benzinlə təmin edir

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan “SOCAR Türkiyə” şirkəti Hatay, Adıyaman, Qaziantep, Kahramanmaraş və Şanlıurfadakı Hazar yanacaqdoldurma məntəqələrindən bütün təcili yardım, yanğınsöndürmə, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) və digər təşkilatların xilasetmə nəqliyyat vasitələrini pulsuz benzin və dizellə təmin edir.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyi “SOCAR Türkiyə”yə istinadən xəbər verir.

Qeyd olunub ki, şirkət zəlzələ bölgəsində yaşayan Azərbaycan vətəndaşlarının təxliyəsi çərçivəsində Azərbaycanın Ankaradakı səfirliyinə dəstək göstərir.

Bundan başqa “SOCAR Türkiyə” AFAD-a 6,4 milyon lira məbləğində əsas tələbat malları təhvil verib, 3,5 milyon lira isə bağışlayıb, Miqrasiya İdarəsi Müdirliyinin göstərişi ilə bölgəyə çatdırılacaq 500 min lira dəyərində materialı təmin edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:15 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM