satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə zəlzələ nəticəsində həlak olan Azərbaycan vətəndaşının nəşi Vətənə gətiriləcək

Türkiyədə zəlzələ nəticəsində həlak olan Azərbaycan vətəndaşının nəşi Vətənə gətiriləcək

“Kahramanmaraşda zəlzələ nəticəsində həlak olan Azərbaycan vətəndaşı Nailə Bünyatovanın nəşi Vətənə göndəriləcək”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib.

Onun sözlərinə görə, mərhumun yaxınları ilə əlaqə saxlanılıb və nəşin ölkəyə göndərilməsi ilə bağlı iş gedir: "Onun nəşi əvvəlcə Ankaraya gedəcək, oradan da Vətənə yola salınacaq”.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Son məlumatlara görə, nəticədə 8574 nəfər ölüb, 49 133 nəfər yaralanıb.

Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.

Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM