satellite   Azerspace-1: 11135 H 30000

Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 2 min 530 nəfərə çatıb

 Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 2 min 530 nəfərə çatıb

Kahramanmaraş zəlzələsinin təsiri nəticəsində Suriyada ölənlərin sayı 2 min 530 nəfərə, yaralananların sayı 4 min 645 nəfərə çatıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Anadolu agentliyinə istinadla xəbər verir ki, hazırda Suriyanın zəlzələdən zərər çəkən İdlib, Hələb, Hama, Lazkiyə və Tartus əyalətlərində axtarış-xilasetmə işləri davam edir.

Rejimin nəzarətində olan bölgələrdə 1250 nəfər həlak olub, 2 mindən çox insan yaralanıb. Suriyanın şimalında, müxalifətin nəzarətində olan bölgələrdə isə 1280 nəfər həyatını itirib, yaralananların sayı 2 min 600 nəfəri ötüb.

KİV-də yayılan bəzi məlumatlara görə, zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün texnika çatışmır. Suriyanın səhiyyə naziri dünya ölkələrini zəlzələ ilə bağlı yardım göstərməyə çağırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM