satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan üzərindən elektrik enerjisinin ixracı müzakirə edilib - FOTOLAR

<strong>Naxçıvan üzərindən elektrik enerjisinin ixracı müzakirə edilib<font color=red> - FOTOLAR</font></strong> <strong>Naxçıvan üzərindən elektrik enerjisinin ixracı müzakirə edilib<font color=red> - FOTOLAR</font></strong>

Naxçıvanda "Yaşıl enerji" layihələrinin reallaşdırılması və elektrik enerjisinin Naxçıvan Muxtar Respublikası üzərindən ixracı məsələlərinə diqqət artırılır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Naxçıvanda olub və rəsmi görüşlər çərçivəsində yeni enerji layihələri üzrə perspektivlər və qarşıda duran vəzifələr müzakirə edilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin, Muxtar Respublikanın Baş naziri Səbuhi Məmmədovun və Muxtar Respublika Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayevin iştirak etdiyi görüşdə sənaye miqyaslı "Yaşıl enerji" layihələrinin reallaşdırılması və Naxçıvan üzərindən ixracı perspektivlərinə dair səmərəli müzakirələr aparılıb və konkret təkliflər verilib.  

Qeyd edək ki, Prezident İlham Əliyevin yüksək qayğısı və tapşırığı ilə son illər Naxçıvanda onlarla su, günəş və külək elektrik stansiyaları tikilib istismara verilib. Prezident İlham Əliyev fevralın 3-də Bakıda keçirilən Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin birinci iclasındakı çıxışında deyib ki, Naxçıvanda 500 MVt gücə malik günəş elektrik stansiyasının tikilməsi imkanlarını qiymətləndirmək üçün danışıqlar aparırıq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM