satellite   Azerspace-1: 11135 H 30000

İrakli Qaribaşvili: Gürcüstan regionda sülhün qorunmasında öz həlledici rolunu oynamağa hazırdır

İrakli Qaribaşvili: Gürcüstan regionda sülhün qorunmasında öz həlledici rolunu oynamağa hazırdır

Azərbaycan və Ermənistan liderləri ilə birlikdə regionumuzdakı təhlükəsizlik mühitini müzakirə etdik və Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi üçün lazım olan səylərdən danışdıq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Cənubi Qafqazda təhlükəsizlik məsələləri ilə bağlı plenar iclasdan sonra tviter səhifəsində yazıb.

Baş nazirin sözlərinə görə, Gürcüstan regionda sülhün qorunmasında öz həlledici rolunu oynamağa hazırdır.

“Mən Münxen Təhlükəsizlik Konfransının tarixi sessiyasında iştirak etməkdən şadam. Azərbaycan və Ermənistan liderləri ilə birlikdə biz regionumuzdakı təhlükəsizlik mühitini və Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi üçün lazım olan səyləri müzakirə etdik. Gürcüstan regionda sülhün qorunmasında həlledici rolunu oynamağa hazırdır”, - deyə İrakli Qaribaşvili bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM