satellite   Azerspace-1: 11135 H 30000

Sülhməramlıların daha iki avtomobili aksiya ərazisindən sərbəst keçib

Sülhməramlıların daha iki avtomobili aksiya ərazisindən sərbəst keçib

Bu dəqiqələrdə Rusiya sülhməramlılarına məxsus daha iki avtomobil azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən sərbəst keçib.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, Xankəndidən gələn iki minik avtomobili Laçın istiqamətində gedib.

Həmişə olduğu kimi, bu gün – ekoaksiyanın 71-ci günündə də sülhməramlılara məxsus nəqliyyat vasitələrinin ərazidən heç bir maneə olmadan hərəkət etmələri bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının istismarına qarşıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM