satellite   Azerspace-1: 11135 H 30000

Riyad Əl-Maliki: Azərbaycanın Fələstinin azadlıq uğrunda səylərini dəstəkləməsini alqışlayırıq

Riyad Əl-Maliki: Azərbaycanın Fələstinin azadlıq uğrunda səylərini dəstəkləməsini alqışlayırıq

Azərbaycanın Fələstinin azadlıq uğrunda səylərini dəstəkləməsini alqışlayırıq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə birgə brifinqdə deyib.

Azərbaycan və Fələstinin dost ölkələr olduğunu deyən nazir C.Bayramov ilə görüşdə ikitərəfli əlaqələrin inkişafı yollarını müzakirə etdiklərini deyib. O, fələstinli tələbələr üçün təhsil proqramı təqdim etməsinə və Fələstində məktəb inşa etmək təşəbbüsünə görə Azərbaycana təşəkkürünü bildirib.

Riyad Əl-Maliki yaxın vaxtlarda Fələstində Azərbaycan nümayəndəliyinin açılışının olacağını deyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM