satellite   Azerspace-1: 11135 H 30000

MN: Terrorizmi dəstəkləyən İranın Azərbaycanı İŞİD-dən istifadədə ittiham etməsi gülüncdür

MN: Terrorizmi dəstəkləyən İranın Azərbaycanı İŞİD-dən istifadədə ittiham etməsi gülüncdür

44 günlük Vətən müharibəsində Azərbaycanın guya İŞİD terrorçularından istifadə etməsinə dair ittihama cavab olaraq bildiririk ki, şanlı Azərbaycan ordusu təkbaşına torpaqlarımızı işğaldan azad edərək zəfər salnaməsi yazıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının Komandanı Kiomərs Heydərinin Azərbaycana münasibətdə çirkin iftira və böhtan xarakterli fikirlərinə cavabında bildirilib.

“Bu iddia cəfəng ittiham və iftiradan başqa bir şey deyildir. Bu ittihamın məhz terrorizmi dəstəkləyən və adı dünyanın müxtəlif ölkələrində terror əməllərinin törədilməsində keçən dövlətin yüksək çinli hərbçisi tərəfindən irəli sürülməsi istehza və gülüş doğurur”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM