satellite   Azerspace-1: 11135 H 30000

Rusiya Xəzər regionunda əməkdaşlığı gücləndirmək niyyətindədir

Rusiya Xəzər regionunda əməkdaşlığı gücləndirmək niyyətindədir

Rusiya Xəzər regionunda əməkdaşlığı gücləndirmək niyyətindədir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə müddəalar Rusiya Prezidenti Vladimir Putinin martın 31-də təsdiqlədiyi yeni xarici siyasət konsepsiyasında əksini tapıb. 

Sənədə əsasən, yaxın xarici ölkələrin sülh, mehriban qonşuluq, davamlı inkişaf və firavanlıq zonasına çevrilməsi üçün Rusiya 5 Xəzəryanı dövlətin müstəsna səlahiyyətlərinə əsaslanaraq bu regionla bağlı bütün məsələlərin həlli məqsədilə Xəzər dənizi hövzəsində əməkdaşlığın gücləndirilməsinə üstünlük vermək niyyətindədir.

Konsepsiyada qeyd olunub ki, həmçinin qeyri-qanuni miqrasiyaya qarşı mübarizə və beynəlxalq miqrasiya proseslərinin tənzimlənməsinin təkmilləşdirilməsi məqsədilə Moskva Rusiyaya münasibətdə konstruktiv siyasət aparan MDB ölkələri ilə bu sahədə əməkdaşlığın gücləndirilməsinə üstünlük verməyi planlaşdırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM