satellite   Azerspace-1: 11135 H 30000

Sudanda üç günlük atəşkəs elan olunub

Sudanda üç günlük atəşkəs elan olunub

Sudan ordusu cümə günü ölkədə üç gün müddətində atəşkəsə razılıq verdiyini açıqlayıb. 
Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Əl-Hədath telekanalına Sudan ordusunun nümayəndəsi bildirib.
O qeyd edib ki, ordu üsyançıların da atəşkəsə əməl edəcəyinə və hərbi əməliyyatları dayandıracağına ümid bəsləyir. 
Cümə axşamı axşam beynəlxalq vasitəçilərin səyi nəticəsində Ramazan bayramında üsyançılarla Sudan ordusu arasında atəşkəslə bağlı razılıq əldə olunub.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM