satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı konfrans keçiriləcək

Türkiyədə Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı konfrans keçiriləcək

Sabah, aprelin 25-də Türkiyədə Cümhuriyyətin qurulmasının və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı konfrans keçiriləcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycanın Türkiyədəki səfirliyinin və Azərbaycan Memarlıq və İnşaat Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbir İhsan Doğramacı Bilken Universitetində baş tutacaq.

Konfransda səfir Rəşad Məmmədov, İhsan Doğramacı Bilken Universitetinin rektoru Kürşat Aydoğan, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və başqaları iştirak edəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM