satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Ordusunun ehtiyatda olan hərbçilərinin təlimi olub, praktiki atışlar icra edilib - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, "N" hərbi hissəsində ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlim toplanışı davam edir.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması məqsədilə keçirilən toplanışda müxtəlif tapşırıqlar yerinə yetirilir.

Toplanış zamanı hərbi vəzifəlilərə silahların taktiki-texniki xüsusiyyətləri, natamam sökülüb-yığılma və istifadə qaydaları öyrədilib.

Həmçinin hərbi vəzifəlilər təlim sahəsində silahların döyüşə hazır vəziyyətinə gətirilməsi, atəş mövqeyinin tutulması və şərti düşmən hədəflərinin aşkar olunaraq düzgün nişanalma qaydalarına əməl etməklə məhv edilməsi üzrə tapşırıqları uğurla icra ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM