satellite   Azerspace-1: 11135 H 30000

Özbəkistanda Heydər Əliyevlə bağlı beynəlxalq konfrans keçiriləcək

Özbəkistanda Heydər Əliyevlə bağlı beynəlxalq konfrans keçiriləcək

Özbəkistanda Ulu Öndər Heydər Əliyevlə bağlı beynəlxalq konfrans keçiriləcək.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə Milli Məclisdən məlumat verilib.

Bildirilib ki, Milli Məclisin Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Cavanşir Paşazadə, Ağalar Vəliyev və deputat Malik Həsənov aprelin 26-da Daşkənd şəhərinə səfər edəcəklər.

Deputatlar “Heydər Əliyev İli” çərçivəsində Daşkənd Dünya İqtisadiyyatı və Diplomatiya Universitetində təşkil olunacaq “Heydər Əliyev müstəqil Azərbaycanın xilaskarı, qurucusu, Azərbaycan-Özbəkistan dostluq və strateji əməkdaşlığının əsasçısı” adlı beynəlxalq konfransa qatılacaqlar.

Səfər çərçivəsində deputatlardan C.Paşazadə Milli Məclisin, A.Vəliyev Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA), M.Həsənov isə MDB Parlament Assambleyasının xətti ilə Özbəkistanın Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq referendumunu izləyəcəklər.

Səfər mayın 2-də başa çatacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM