satellite   Azerspace-1: 11135 H 30000

Zabit heyətinin təkmilləşdirmə kursunun növbəti buraxılışı olub

Zabit heyətinin təkmilləşdirmə kursunun növbəti buraxılışı olub

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Psixoloq” hərbi uçot ixtisası tədris qrupunun dinləyiciləri ilə keçirilən zabit heyətinin təkmilləşdirmə kursunun növbəti buraxılışı olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası-a bildirilib ki, psixoloqların nəzəri bilikləri, ixtisas və fiziki hazırlıqlarının yoxlanılması məqsədilə yekun imtahan keçirilib.

Nəticələrə əsasən, kursu müvəffəqiyyətlə bitirən dinləyicilərə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, keçirilən kursun əsas məqsədi hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, şəxsi heyətin psixoloji vəziyyətinin qiymətləndirilməsi, eləcə də hərbi kollektivlərdə sosial-psixoloji proseslərin öyrənilməsi zamanı onların praktiki bacarıqlarının inkişaf etdirilməsidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM