satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın XİN başçısı ATƏT ölkələrinin dəyirmi masasında iştirak edib

Azərbaycanın XİN başçısı ATƏT ölkələrinin dəyirmi masasında iştirak edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT ölkələrinin daimi nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masada iştirak edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi tviter səhifəsində məlumat verilib.

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın sədrliyi ilə, ATƏT-ə üzv dövlətlərin daimi nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masada iştirak edib. ATƏT-in əməkdaşlıq gündəliyi və Azərbaycanla Ermənistan arasında postmünaqişə dövrünə aid məsələlərlə bağlı səmərəli müzakirələr aparılıb”, - paylaşımda qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM