satellite   Azerspace-1: 11135 H 30000

Nazir: Laçın sərhəd buraxılış məntəqəsinin yaradılması Azərbaycanın suveren hüququdur

Nazir: Laçın sərhəd buraxılış məntəqəsinin yaradılması Azərbaycanın suveren hüququdur

Laçın sərhəd buraxılış məntəqəsinin yaradılması Azərbaycanın suveren hüququdur.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Mixail Yevdokimovla görüşü zamanı deyib.

Vurğulanıb ki, Laçın sərhəd buraxılış məntəqəsinin yaradılması qanunazidd fəaliyyətlərin qarşısının alınması, habelə şəffaflığın təmin olunması məqsədi daşıyır. Buna baxmayaraq, Ermənistan tərəfinin məntəqəyə qarşı 15 iyun və iyul ayının əvvəlində təxribatlardan əl çəkmədiyi qeyd olunub.

Azərbaycan tərəfi isə yenə də erməni sakinlərin bu məntəqədən keçidi üçün şərait yaradıb. Eyni zamanda, Azərbaycanın erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadənin mümkün olduğu diqqətə çatdırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM