satellite   Azerspace-1: 11135 H 30000

Qarabağda 8 peşə təhsil müəssisəsi tikiləcək

Qarabağda 8 peşə təhsil müəssisəsi tikiləcək

Qarabağda Kəlbəcər və Laçın peşə məktəblərinin tikintisi planlaşdırılır. Böyük Qayıdış Proqramı çərçivəsində ümumilikdə 8 peşə təhsil müəssisəsi tikilib istifadəyə veriləcək.

Naxçıvan televiziyası-ın xəbərinə görə, hazırda Lənkəran Peşə Liseyi, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi üçün binalar tikilir.

Mingəçevir Peşə Təhsil Mərkəzinin binasının tikintisi isə başlamaq üzrədir. Eləcə də Füzuli Peşə Liseyi, Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi, Tovuz, Qax və Quba Peşə liseylərinin binalarının layihələndirilməsi aparılır.

Qeyd edək ki, Prezident İlham Əliyev iyulun 20-də Cəlilabad rayonunda olub. Dövlət başçısı Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM