satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Ordusunun Xəzərdəki təlimlərində terrorçuların zərərsizləşdirilməsi tapşırıqları icra edilib - VİDEO

Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi zamanı döyüş əməliyyatlarının aparılması üzrə keçirilən "Xəzri dalğası" taktiki təlimi davam edir.

Bu barədə Naxçıvan televiziyası-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimin növbəti mərhələsində dəniz adalarının birində bazalanmış terror qruplaşmasının zərərsizləşdirilməsi və terror-diversiya hücumlarının qarşısının alınması üzrə döyüş fəaliyyətlərinin yerinə yetirilməsi tapşırıqları icra edilib.

Hərbi Dəniz Qüvvələri (HDQ), Quru Qoşunları (QQ), Hərbi Hava Qüvvələri (HHQ) və Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi ilə qarşılıqlı əlaqədə keçirilən təlimdə qarşıya qoyulan bütün tapşırıqlar uğurla yerinə yetirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM