satellite   Azerspace-1: 11135 H 30000

Prezident: "Ermənistanda müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır"

 Prezident: "Ermənistanda müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır"

Bizə keçmişdə olan təhlükə 30 il ərzində Ermənistan və onun işğalçılıq siyasətindən qaynaqlanırdı. Artıq biz ümumilikdə bu təhlükənin öhdəsindən gəlmişik. Ancaq, əlbəttə, biz ayıq olmalıyıq, keçmişimizi unutmamalıyıq.

Naxçıvan televiziyası xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında söyləyib.

O zaman Ermənistanın Azərbaycanda olan xaosdan istifadə edərək ərazilərimizi işğal etdiyini bildirən dövlətimizin başçısı vurğulayıb: “Biz unutmamalıyıq ki, hətta İkinci Qarabağ müharibəsinin nəticələrinə baxmayaraq, bu gün Ermənistanın, cəmiyyətin və hətta hökumətin tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM