satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyası çağırılıb

Naxçıvan Ali Məclisinin  növbədənkənar sessiyası çağırılıb

Naxçıvan televiziyası xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasının çağırılması haqqında Qərarı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov imzalayıb.

Qərarda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci maddəsinin II hissəsini və 32-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2023-cü il avqust ayının 1-dən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası çağırılsın.

2. Növbədənkənar sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilsin:

2.1. “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi;

2.2. “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi;

2.3. “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi;

2.4. Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) hesabatı;

2.5. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”nin təsdiq edilməsi;

2.6. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələri haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun qəbul edilməsi;

2.7. “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının etik davranış qaydaları haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun qəbul edilməsi;

2.8. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələrinin yeni tərkibinin təsdiq edilməsi;

2.9. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Fərmanının təsdiq edilməsi.

3. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı bu Qərardan irəli gələn məsələləri həll etsin".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM