satellite   Azerspace-1: 11135 H 30000

"Media savadlılığı" rəqəmsal platformasının məqsədləri açıqlanıb

"Media savadlılığı" rəqəmsal platformasının məqsədləri açıqlanıb

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov "Media savadlılığı" rəqəmsal platformasının məqsədlərini açıqlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, o, bu barədə "Media savadlılığı" konfransı çərçivəsində jurnalistlərə açıqlamasında danışıb.

O bildirib ki, bu gün təqdimatı keçirilən rəqəmsal platforma bir çox cəhətdən əhəmiyyətlidir: "Hər şeydən əvvəl obyektiv informasiya mənbəyinin əldə olunmasında bu platformanın xüsusi rolu olacağına inanırıq. Həmçinin, saxta xəbərlərlə mübarizədə də bu platforma müstəsna rol oynayacaq. Həm obyektiv informasiyanın əldə olunması, həm də saxta xəbərlərlə mübarizədə zəruri üsul və vasitələrin tapılması üçün platforma istifadəçilərə yardımçı olacaq".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM