satellite   Azerspace-1: 11135 H 30000

Qərbi Azərbaycan İcması Ermənistan XİN başçısının müavininə cavab verib

Qərbi Azərbaycan İcması Ermənistan XİN başçısının müavininə cavab verib

Daşnak təfəkkürlü diplomatlar təxribatçı açıqlamalarla normallaşma prosesinə mane olmağa çalışırlar.

Naxçıvan televiziyası-ın xəbərinə görə, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, Ermənistanın xarici işlər nazirinin müavininin növbəti anti-Azərbaycan açıqlaması bir daha onu göstərir ki, daşnak təfəkkürlü erməni diplomatları iki ölkə arasında münasibətlərin normallaşdırılması perspektivindən qətiyyən məmnun deyil və müxtəlif təxribatçı açıqlamalarla prosesə mane olmağa çalışırlar.

Nazir müavini “Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən təklif edilmiş prinsiplər əsasında sülh sazişini başa çatdırmaq istəmir” deməklə böyük yanlışlığa yol verir. Əvvəla, yalnız sülh danışıqları ilə bağlı Azərbaycan tərəfindən təklif edilmiş prinsiplər vardır. İkincisi, nazir müavini “beynəlxalq ictimaiyyət tərəfindən təqdim edilmiş prinsiplər” dedikdə 2023-cü ilin oktyabr ayında qəbul olunmuş Qranada bəyanatını nəzərdə tutursa, onda vurğulamaq istərdik ki, beynəlxalq ictimaiyyət yalnız Ermənistan, Fransa, Almaniya və Avropa İttifaqından ibarət deyil və Azərbaycanın iştirak etmədiyi bir görüşdə qəbul edilmiş hansısa sənədin onun üçün heç bir qüvvəsi yoxdur.

Erməni diplomatın Qarabağ ermənilərinin qayıdışı fikri ilə bağlı isə bildiririk ki, bu proses qarşılıqlı olmalı, Qərbi azərbaycanlıların da Ermənistana qayıdışı təmin edilməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM