satellite   Azerspace-1: 11135 H 30000

Zelenski Azərbaycanın Ukraynaya göndərdiyi humanitar yardıma görə İlham Əliyevə minnətdarlıq edib

Zelenski Azərbaycanın Ukraynaya göndərdiyi humanitar yardıma görə İlham Əliyevə minnətdarlıq edib

Volodimir Zelenski Azərbaycanın Ukraynaya göndərdiyi humanitar yardıma görə Prezident İlham Əliyevə minnətdarlıq edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu fikirlər Ukrayna Prezidenti V.Zelenskinin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubundan əksini tapıb.

"Ukraynanı azadlıq, müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizədə dəstəklədiyinizə, Rusiya ilə müharibənin humanitar nəticələrinin aradan qaldırılmasında yardıma görə Azərbaycana və şəxsən Sizə minnətdaram. Mən dövlətlərimiz arasında mövcud dostluq münasibətlərini, şəxsi konstruktiv və səmimi dialoqumuzu yüksək qiymətləndirirəm. Əminəm ki, hörmət və etimada əsaslanan Ukrayna-Azərbaycan strateji əməkdaşlığı bundan sonra da hər iki ölkənin xalqlarının mənafeyi naminə fəal inkişaf edəcəkdir", - Ukrayna dövlət başçısının məktubunda qeyd edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM