satellite   Azerspace-1: 11135 H 30000

İcma Ermənistandan Azərbaycanın suverenliyini təhdid edən aqressiv separatçı ünsürlərin fəaliyyətinə imkan verməməyi tələb edib

İcma Ermənistandan Azərbaycanın suverenliyini təhdid edən aqressiv separatçı ünsürlərin fəaliyyətinə imkan verməməyi tələb edib

Qərbi Azərbaycan İcması Qarabağdakı keçmiş qanunsuz rejimin qondarma qurumu “dirçəltməyə” çalışması ilə bağlı bəyanat yayıb.

Naxçıvan televiziyası xəbər verir ki, İcmanın bəyanatında deyilir:

"Özünü “dağlıq qarabağ respublikası” adlandırmış və tarixin zibil qutusuna atılmış qanunsuz rejimin Ermənistanda olan tör-töküntülərinin qondarma qurumu “dirçəltməyə” çalışmaları haqqında məlumat yayılmışdır.

Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən öz ərazisində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təhdid edən aqressiv separatçı ünsürlərin fəaliyyətinə imkan verməməyi və Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıdışına şərait yaratmağı tələb edir".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM