satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan səfirliyi Türkiyə hərbçilərinə qarşı terror hücumunu şiddətlə qınayıb

Azərbaycan səfirliyi Türkiyə hərbçilərinə qarşı terror hücumunu şiddətlə qınayıb

Azərbaycanın Ankaradakı səfirliyi Türkiyə hərbçilərinə qarşı terror hücumunu şiddətlə qınayıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin “X” hesabında paylaşım edilib.

“İraqın şimalında xain terror hücumu nəticəsində şəhid olan qəhrəman şəhidlərimizə Allah rəhmət eləsin. Onların ailələrinə və yaxınlarına səbr diləyirik. Terroru şiddətlə qınayırıq”, - paylaşımda bildirilib.

Qeyd edək ki, İraqın şimalında terrorçuların hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 6 hərbçisi şəhid olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM