satellite   Azerspace-1: 11135 H 30000

Prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən daha 8 şəxsin səlahiyyətli nümayəndələri qeydə alınıb

Prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən daha 8 şəxsin səlahiyyətli nümayəndələri qeydə alınıb

Mərkəzi Seçki Komissiyası (MSK) prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən daha 8 şəxsin səlahiyyətli nümayəndələrini qeydə alıb.

Naxçıvan televiziyası-ın məlumatına görə, məsələ barədə komissiyanın dekabrın 26-da keçirilən iclasında MSK katibi Arifə Muxtarova məlumat verib.

Müzakirələrdən sonra prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin səlahiyyətli nümayəndələri qeydə alınıb.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM