satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın Türkiyədəki səfirliyi prezident seçkiləri ilə əlaqədar məlumat yayıb

Azərbaycanın Türkiyədəki səfirliyi prezident seçkiləri ilə əlaqədar məlumat yayıb

Ölkəmizin Türkiyədəki səfirliyi bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarının qarşıdan gələn prezident seçkilərində iştirakı ilə bağlı məlumat yayıb.

Naxçıvan televiziyası xəbər verir ki, səfirliyin rəsmi internet səhifəsində yerləşdirilən məlumatda qeyd edilir: “Türkiyə Respublikasında daimi və ya müvəqqəti yaşayan, çalışan və təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə.

2024-cü il fevralın 7-də növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri keçiriləcək. On səkkiz yaşı tamam olmuş, aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşlarının səsvermə hüququndan istifadələri üçün seçici siyahısına daxil edilmələri məqsədilə aşağıdakı məlumatların bu il dekabrın 29-dək Azərbaycanın Türkiyədəki səfirliyinin [email protected] elektron poçt ünvanına göndərilməsi xahiş olunur:

1. Soyad, ad, ata adı;

2. Doğum tarixi;

3. Ümumvətəndaş pasportu və ya şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi;

4. Türkiyə Respublikasında daimi və ya müvəqqəti yaşadığı ünvan;

5. Əlaqə məlumatları (telefon, e-mail)”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM