Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral, 6 iyul və 17 noyabr tarixli qərarları Ermənistanın iddialarının rədd edilməsi baxımından əhəmiyyətli oldu.
Naxçıvan televiziyası xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Ermənistanın davamlı şəkildə öz öhdəliklərinə əməl etməməsi, danışıqları imitasiya edərək Azərbaycanın suveren ərazilərində qanunsuz hərbi mövcudluğunu davam etdirməsi cəhdləri danışıqlarda əhəmiyyətli irəliləyişin əldə olunmasına imkan verməyib.
