satellite   Azerspace-1: 11135 H 30000

Nazir: Ermənistanla sülh müqaviləsi ilə bağlı ilk layihə Azərbaycan tərəfindən irəli sürülüb

Nazir: Ermənistanla sülh müqaviləsi ilə bağlı ilk layihə Azərbaycan tərəfindən irəli sürülüb

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı ilk layihə ölkəmiz tərəfindən irəli sürülüb. Biz başa düşürük ki, məsələnin tarixi var. Burada olduqca çox istiqamət var.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

“Biz hər detalı razılaşdırmağa çalışsaq, bu, çox uzun proses olar. İstəyirik ki, bunun əvəzinə, ciddi fikir ayrılığı yaratmayan, hər iki tərəfin beynəlxalq universal və qarşılıqlılıq prinsipləri əsasında münasibətlərin bazasını formalaşdıran sənəd ortaya qoyulsun, imzalansın”, - deyən nazir əlavə edib ki, sülh müqaviləsinə gedən yol açıqdır, bunu əldə etmək çox real görünür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM