satellite   Azerspace-1: 11135 H 30000

“Ordu quruculuğu sahəsində islahatlar-20 il” mövzusunda tədbir keçirilib - FOTOLAR

“Ordu quruculuğu sahəsində islahatlar-20 il” mövzusunda tədbir keçirilib<font color=red> - FOTOLAR</font> “Ordu quruculuğu sahəsində islahatlar-20 il” mövzusunda tədbir keçirilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) mətbuat xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, dekabrın 28-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Əlahiddə Ümumqoşun Ordunun birgə təşkilatçılığı ilə Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində tədbir keçirilib.

Tədbirdə Müvəkkil aparatının əməkdaşları Rəşid Talıbov, Vahidə Bayramova, Həsən Həsənov, Heydər Əliyev adına Hərbi Liseyin rəis müavini Orxan Məmmədov, Liseyin kursant heyəti və Əlahiddə Ümumqoşun Ordunun əməkdaşları iştirak edib.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Heydər Əliyev adına Hərbi Liseyin rəis müavini Orxan Məmmədov və Müvəkkil aparatının şöbə müdiri Vahidə Bayramova giriş sözü ilə çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin ötən 20 ildə fəaliyyəti, o cümlədən həyata keçirdiyi ordu islahatları barədə danışıblar.

Qeyd olunub ki, müasir tariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, ölkə Prezidenti cənab İlham Əliyevin inkişaf etdirərək yeni geosiyasi şəraitə uyğunlaşdırdığı siyasət nəticəsində Azərbaycan Respublikası misilsiz inkişaf yolu keçib, demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş tədbirlər nəticəsində bir çox nailiyyətlər əldə edilib.

Sonra tədbirdə Müvəkkil aparatının əməkdaşı Həsən Həsənovun "Ordu quruculuğu sahəsində hüquq islahatlarının müasir inkişaf mərhələsi-20 il", Heydər Əliyev adına Hərbi Liseyin əməkdaşı İsmayıl Seyidovun “İlham Əliyev əvəzolunmaz siyasi liderdir” mövzularında çıxışları dinlənilib.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, dövlət başçısı cənab İlham Əliyevin 20 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM