satellite   Azerspace-1: 11135 H 30000

Britaniya səfiri Azərbaycan dilində Yeni il təbriki ünvanlayıb

Britaniya səfiri Azərbaycan dilində Yeni il təbriki ünvanlayıb

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old Yeni il münasibətilə Azərbaycan dilində videomüraciət ünvanlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədə paylaşım edib.

Səfir bu il Azərbaycanla Britaniya arasında ortaq maraqlar üzrə əməkdaşlığın artdığı bir il olduğunu da xüsusilə vurğulayıb və Azərbaycan- Ermənistan münasibətlərinə toxunub.

“Hər iki istiqamətdə dialoq və səfərlər daha dərin anlaşmaya təkan verib və qarşıdan gələn ildə daha güclü tərəfdaşlıq üçün zəmin yaradıb. Yeni ildən gözlədiyimiz çox şey var. Azərbaycanın və Ermənistanın elan etdiyi cəsarətli və etimadverici addımlar sayəsində sanki Cənubi Qafqazda sülhün bərqərar olmasına çox yaxınlaşmışıq!”, - o qeyd edib.

Ferqus Azərbaycanın COP-29-a ev sahibliyi etməsi üçün seçilməsinin böyük şərəf olduğunu və həmçinin planet və gələcək nəsillər üçün məsuliyyət olduğunu qeyd edib və Azərbaycanın bu təntənəli vəzifəni öz üzərinə götürəcəyinə əminliyini vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM