satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda Prezident seçkilərində MDB-dən olan missiyaya Sergey Lebedev rəhbərlik edəcək

Azərbaycanda Prezident seçkilərində MDB-dən olan missiyaya Sergey Lebedev rəhbərlik edəcək

Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində MDB-dən müşahidəçilər missiyasına qurumun Baş katibi Sergey Lebedev rəhbərlik edəcək.

Naxçıvan televiziyası MDB İcraiyyə Komitəsinə istinadən xəbər verir ki, onun namizədliyi MDB ölkələrinin Birliyin nizamnamə və digər orqanlarındakı Daimi Səlahiyyətli Nümayəndələr Şurasının qərarı ilə təsdiq edilib.

Bildirilib ki, MDB müşahidə missiyası Azərbaycan hökumətinin dəvəti ilə seçki prosesini izləyəcək. MDB İcraiyyə Komitəsi Birlik ölkələrinə öz nümayəndələrinin müşahidə missiyasına namizədliyini irəli sürmək xahişi ilə dəvət göndərib.

Qeyd edək ki, bu il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM