satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan İrana başsağlığı verib

Azərbaycan İrana başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi İrana başsağlığı verib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"İranın Kirman əyalətində törədilən terror aktı nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq. Azərbaycan terrorizmdən çox əziyyət çəkən ölkə kimi onun bütün forma və təzahürlərini pisləyir", - Xarici İşlər Nazirliyinin paylaşımında bildirilir.

Qeyd edək ki, partlayışlar nəticəsində ölənlərin sayı 103 nəfərə, yaralıların sayı 211-ə çatıb. Terror aktı ilə əlaqədar sabah ölkədə matəm elan edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM