satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyev: Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri əməkdaşlığı çoxşaxəlidir

Prezident İlham Əliyev: Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri əməkdaşlığı çoxşaxəlidir

Əməkdaşlığımız çoxşaxəlidir, bir çox sahələri əhatə edir və yaxın keçmişdə enerji sahəsində, xüsusilə yaşıl enerji sahəsində çox önəmli addımlar atılmışdır.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə geniş tərkibdə görüşündə bildirib.

Ötən ilin oktyabrında Azərbaycanda 230 meqavat gücündə günəş elektrik stansiyasının açılışının olduğunu xatırladan dövlətimizin başçısı deyib: “Bu stansiyanın yaradılması ölkənizin investisiyaları hesabına mümkün olmuşdur. Bu, sadəcə olaraq, birinci addımdır”. Prezident İlham Əliyev əlavə edib ki, imzalanmış kontraktlar və anlaşma memorandumları əsasında Birləşmiş Ərəb Əmirliklərinin sərmayələri hesabına Azərbaycanda 10 qiqavat yaşıl enerji istehsalı nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM