satellite   Azerspace-1: 11135 H 30000

Prezident: Bu səfər Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında strateji tərəfdaşlığı möhkəmləndirəcək

Prezident: Bu səfər Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında strateji tərəfdaşlığı möhkəmləndirəcək

Keçən ay Bakıda daha iki önəmli sənəd imzalanmışdır. Onlardan biri - Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında imzalanmış sənəd əsasında bir milyard dollarlıq maliyyə imkanı olan Birgə İnvestisiya Fondu yaradıldı. İkinci önəmli sənəd informasiya-kommunikasiya sektoruna aiddir.

Naxçıvan televiziyası xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə geniş tərkibdə görüşündə söyləyib.

Birləşmiş Ərəb Əmirliklərinin Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın rəhbərliyi ilə çox böyük uğurlara imza atdığını vurğulayan dövlətimizin başçısı onun Azərbaycana səfərinin iki ölkənin strateji tərəfdaşlığını möhkəmləndirəcəyinə, xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərini daha da gücləndirəcəyinə əminliyini ifadə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM