satellite   Azerspace-1: 11135 H 30000

Paşinyan XİN əməkdaşları ilə regiondakı vəziyyəti müzakirə edib

Paşinyan XİN əməkdaşları ilə regiondakı vəziyyəti müzakirə edib

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin xarici işlər nazirliyində (XİN) görüş keçirib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilib ki, görüşdə Cənubi Qafqazda sülh və sabitlik, təhlükəsizlik məsələləri diqqət mərkəzində olub. Bölgədə sülhün təmin edilməsinə yönəlmiş səylər, həmçinin Azərbaycanla münasibətlərin normallaşması prosesi müzakirə edilib.

Baş nazir diplomatları mövcud vəziyyət, ölkənin xarici siyasət kursundakı dəyişikliklər, tərəfdaş ölkələrlə ikitərəfli əməkdaşlığın gücləndirilməsi istiqamətində atılan addımlar barədə məlumatlandırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM