satellite   Azerspace-1: 11135 H 30000

Baş Konsulluq İstanbulda yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib

Baş Konsulluq İstanbulda yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib

Baş Konsulluq İstanbulda yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə konsulluqdan bildirilib.

Qeyd olunub ki, vətəndaşlar İstanbul şəhərindəki Baş Konsulluqda pasport əməliyyatları üçün öncədən vaxt təyin etmək məqsədilə yanvarın 23-dən etibarən Elektron Növbə Portalından istifadə edə bilərlər. Elektron növbə Azərbaycan Xarici İşlər Nazirliyi, o cümlədən Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında göstərilən xidmətlərlə əlaqədar əvvəlcədən növbə təyin edilməsi üçün elektron vasitədir. Bu xidmətdən Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxslər də yararlana bilərlər.

Müraciətçilər appointment.mfa.gov.az internet səhifəsinə daxil olaraq həyata keçirilir. Elektron Növbə Portalında istifadə üçün hər hansı xidmət haqqı nəzərdə tutulmamışdır. Elektron növbə ilə bağlı onlayn müraciətinizi tamamladıqdan sonra əlaqə vasitəsi olaraq sistemə qeyd etdiyiniz elektron poçt ünvanına təsdiq barədə bildiriş daxil olacaqdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM