satellite   Azerspace-1: 11135 H 30000

Prezident seçkiləri ilə əlaqədar akkreditasiyadan keçən beynəlxalq və yerli müşahidəçilərin sayı açıqlanıb

Prezident seçkiləri ilə əlaqədar akkreditasiyadan keçən beynəlxalq və yerli müşahidəçilərin sayı açıqlanıb

Bu günə qədər növbədənkənar Prezident seçkiləri ilə əlaqədar akkreditasiyadan keçən beynəlxalq və yerli müşahidəçilərin sayı məlum olub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.

Onun sözlərinə görə, 8 beynəlxalq təşkilat və 21 ölkəni təmsil edən 78 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Sədr, həmçinin əlavə edib ki, MSK-da 242, dairə seçki komissiyalarında isə 14 281 yerli müşahidəçi qeydiyyatdan keçib.

Qeyd edək ki, bu il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM