satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Prezidenti: Fransız müstəmləkələrinin Fransanın zülmündən azad olunması prosesini dəstəkləyəcəyik

Azərbaycan Prezidenti: Fransız müstəmləkələrinin Fransanın zülmündən azad olunması prosesini dəstəkləyəcəyik

Biz yolumuza davam edəcəyik. Qoşulmama Hərəkatında sədrliyimiz başa çatır, amma Bakı Təşəbbüs Qrupu yaşayacaq.

Naxçıvan televiziyası xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində söyləyib.

“Biz fransız neokolonializminin ifşa olunmasını və fransız müstəmləkələrinin Fransanın zülmündən azad olunması prosesini dəstəkləyəcəyik”, - deyə dövlətimizin başçısı əlavə edib.

Xurşidbanu Natəvanın Fransada heykəlinin təhqir olunması məsələsinə də toxunan Prezident bu hadisə ilə ermənilərin Natəvanın Ağdamdakı məzarını qazmaları arasında müqayisə aparıb, burada bir oxşarlığın olduğunu qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM