Ötən ay Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) "chatbot"u olan "ChatGPT"nin bazar payı 83,09 % təşkil edib.
NTV-nin "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, əvvəlki aya nisbətən 1,53 faiz bəndi azdır. Beləliklə onun payı ardıcıl olaraq 3-cü aydır azalır (ümumi azalma 12 % təşkil edib).
İkinci pillədəki "Google Gemini"nin bazar payı ay ərzində 1,60 faiz bəndi artaraq 11,62 % təşkil edib.
Növbəti yerdə qərarlaşan "Perplexity"nin bazar payı ötən ay 0,11 faiz bəndi artaraq 2,79 % olub.
Dördüncü yerdəki "Microsoft Copilot"un bazar payı 1,63 % olub. Bu, əvvəlki ayın göstəricisindən 0,60 faiz bəndi azdır.
İlk beşliyi 0,87 %-lik bazar payı ilə "Claude" qapayır. Onun payı əvvəlki ayla müqayisədə 0,42 faiz bəndi artıb.
Müxtəlif platformaların bazar payına görə AI "chatbot"larının ilk beşliyi aşağıdakı kimidir:
Kompüterlərdə:
"ChatGPT" – 83,27 % (əvvəlki aya nisbətən 1,27 faiz bəndi az);
"Google Gemini" – 10,96 % (+1,40 faiz bəndi);
"Perplexity" – 3,02 % (-0,02 faiz bəndi);
"Microsoft Copilot" – 1,77 % (-0,59 faiz bəndi);
"Claude" – 0,98 % (+0,47 faiz bəndi).
Mobil cihazlarda:
"ChatGPT" – 81,73 % (-2,99 faiz bəndi);
"Google Gemini" – 16,75 % (+2,78 faiz bəndi);
"Perplexity" – 1,02 % (ötən ay 0 % olub);
"Microsoft Copilot" – 0,51 % (-0,80 faiz bəndi);
Planşetlərdə:
"ChatGPT" – 100 % (dəyişməyib);
