satellite   Azerspace-1: 11135 H 30000

WSJ: ABŞ Çinin amerikalılar haqqında verilən toplamaq üçün süni intellektdən istifadə etməsindən çəkinir

WSJ: ABŞ Çinin amerikalılar haqqında verilən toplamaq üçün süni intellektdən istifadə etməsindən çəkinir

ABŞ Çinin əvvəllər heç vaxt görülməmiş miqyasda Amerika vətəndaşlarından müxtəlif növ verilən toplamaq üçün süni intellektdən (Sİ) istifadə etməsindən çəkinir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “The Wall Street Journal” bildirib.

Onun məlumatına görə, “FTB və digər qurumlar Çinin süni intellektdən amerikalılar haqqında verilən toplamaq və saxlamaq üçün indiyədək heç vaxt mümkün olmayan miqyasda istifadə edə biləcəyi qənaətindədir”.

Nəşr vurğulayıb ki, məsələ “son bir il ərzində o qədər kəskinləşib ki, FTB direktoru və Qərb kəşfiyyat orqanlarının başçıları oktyabrda texnologiya liderləri ilə görüşüblər”.

Bundan başqa, qəzet qeyd edib ki, Vaşinqtonun fərziyyələrinə görə, Pekin toplanmış şəxsi verilənlərdən ABŞ casuslarını müəyyən etmək, həmçinin Amerika administrasiyasının rəsmilərinə nəzarət etmək üçün də istifadə edə bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM