Sankt-Peterburqda MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) 33-cü iclası keçirilib.
Görüşdə NTV TASS (Rusiya), Belta (Belarus), Kabar (Qırğızıstan), Kazinform (Qazaxıstan), UzA (Özbəkistan) və Xovar (Tacikistan) agentliklərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.
Rusiyanın TASS xəbər agentliyinin təşkilatçılığı ilə keçirilən toplantıda faşizm üzərində Qələbənin 80 illiyi, turizm və xəbər mübadiləsi ilə bağlı informasiya layihələri nəzərdən keçirilib.
Görüşdə bu il Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq barədə iştirakçılara ətraflı məlumat verilib. Bildirilib ki, Oyunların keçiriləcəyi Gəncə və digər şəhərlərdə media nümayəndələri üçün lazımi şərait yaradılıb.
