satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Şimali Makedoniyanın diplomatik pasport sahibləri vizadan azad edilib

Azərbaycan və Şimali Makedoniyanın diplomatik pasport sahibləri vizadan azad edilib

Azərbaycanla Şimali Makedoniya arasında diplomatik və xidməti/rəsmi pasport sahibləri viza tələbindən azad edilib.

NTV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu imzalayıb.

Qeyd edək ki, saziş bu ilin martın 12-də Bakı şəhərində imzalanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM