satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan-Vyetnam əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib - FOTOLAR

Azərbaycan-Vyetnam əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib<font color=red> - FOTOLAR</font> Azərbaycan-Vyetnam əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib<font color=red> - FOTOLAR</font>

Azərbaycan-Vyetnam iqtisadi-ticarət və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclasında iştirak etmək məqsədilə Hanoyda səfərdə olan xarici işlər nazirinin müavini Elnur Məmmədov Vyetnamın xarici işlər nazirinin müavini xanım Le Thi Thu Hanq ilə görüşüb.

NTV xəbər verir ki, görüşdə bu ilin aprelində Bakıda keçirilmiş Azərbaycan və Vyetnam Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrdən irəli gələn məsələlər müzakirə olunub.

Tərəflər Azərbaycan-Vyetnam arasında ənənəvi dostluq əlaqələrinin son illər ərzində bütün spektr üzrə inkişaf etdiyini vurğulayaraq, siyasi, ticarət və iqtisadiyyat, energetika, kənd təsərrüfatı, nəqliyyat və humanitar sahələrdə qarşılıqlı tərəfdaşlığın genişləndirilməsi istiqamətində mövcud potensialı müzakirə ediblər.

Cari ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə dövlət səfəri ilə əlaqələrin yeni mərhələyə, strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb, parlamentlərarası əlaqələrin möhkəmləndirilməsinin vacibliyi qeyd olunub.

Mövcud imkanlardan istifadə olunmasının, habelə bu istiqamətdə iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyasının fəaliyyətinin əhəmiyyəti qeyd edilib, Komissiyanın 3-cü iclasının yekunlarına dair Protokol imzalanaraq, qəbul olunmuş 2025-2027-ci illəri əhatə edən Fəaliyyət Planı yüksək qiymətləndirilib. Vurğulanıb ki, bir necə gündən sonra, iyul ayının sonunda Bakıda ənənəvi olaraq təşkil ediləcək 3-cü “Vyetnam Günləri” mədəni əlaqələrin genişlənməsinə xidmət göstərəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM