satellite   Azerspace-1: 11135 H 30000

SOCAR və Keniyanın neft-qaz şirkətləri əməkdaşlıq edəcək - FOTOLAR

SOCAR və Keniyanın neft-qaz şirkətləri əməkdaşlıq edəcək<font color=red> - FOTOLAR</font> SOCAR və Keniyanın neft-qaz şirkətləri əməkdaşlıq edəcək<font color=red> - FOTOLAR</font>

Energetika naziri Pərviz Şahbazovun Keniyanın enerji və neft naziri James Opiyo Vandayi ilə onlayn formatda görüşü keçirilib.

Energetika Nazirliyindən  NT-yə bildirilib ki, görüşdə Qlobal Cənub ölkələri ilə inkişaf edən münasibətlər və Qoşulmama Hərəkatı platforması çərçivəsində Azərbaycan-Keniya əlaqələrinin dinamik xarakter aldığı qeyd edilib.

Enerji sahəsində ikitərəfli əməkdaşlıq üçün geniş potensialın olduğu vurğulanıb. Bu kontekstdə Azərbaycanın neft-qaz sənayesində zəngin təcrübəsi, enerji təhlükəsizliyinin təminində rolu, bərpaolunan enerjinin istehsalı və ixracını əhatə edən irimiqyaslı layihələri, həmçinin Afrika ölkələrinə qədər genişlənən əməkdaşlıq coğrafiyasından bəhs edilib. Azərbaycanla Keniyanın neft-qaz, mayeləşdirilmiş təbii qaz (LNG), enerji şəbəkəsinin gücləndirilməsi, geotermal və bərpaolunan enerji sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Keniya Respublikasının Enerji və Neft Nazirliyi arasında energetika sektorunda əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bildirilib ki, Anlaşma memorandumu iki ölkənin enerji sektorundakı qarşılıqlı maraq və potensial imkanlarına əsaslanaraq, geniş və çoxşaxəli əməkdaşlıq üçün strateji yol xəritəsini müəyyən edir. Sənəd neft və qaz, o cümlədən LNG, elektrik enerjisi və bərpaolunan enerji sahələrini, həmçinin birgə investisiyaların təşviqi, enerji şəbəkələrinin təkmilləşdirilməsi və enerji təhlükəsizliyinin təmin olunması üzrə əməkdaşlığı əhatə edir. Memoranduma əsasən potensial istiqamətlər üzrə Azərbaycanın Energetika Nazirliyi ilə Keniyanın Enerji və Neft Nazirliyi, həmçinin SOCAR və Keniyanın neft-qaz şirkətləri əməkdaşlıq edəcəklər. Memorandumdan irəli gələn məsələlərin icrası ilə bağlı Birgə İşçi Qrupun yaradılması nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM