satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstanın xarici işlər naziri: Azərbaycan və Türkiyə ilə üçtərəfli əməkdaşlığa böyük önəm veririk

Gürcüstanın xarici işlər naziri: Azərbaycan və Türkiyə ilə üçtərəfli əməkdaşlığa böyük önəm veririk

Gürcüstan Azərbaycan və Türkiyə ilə üçtərəfli əməkdaşlıq formatının gücləndirilməsinə böyük önəm verir.

NTV xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Tbilisidə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra mətbuata açıqlamasında deyib.

“Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əlaqələri xüsusi qeyd etmək istəyirəm. Ölkələrimiz arasındakı bu üçtərəfli format mühüm formatdır. Gürcüstan üçtərəfli formatda əməkdaşlığın güclənməsində maraqlıdır”, - deyə nazir qeyd edib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM