satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın xarici işlər naziri: Sülh yolunda yaxşı perspektivlər mövcuddur

Azərbaycanın xarici işlər naziri: Sülh yolunda yaxşı perspektivlər mövcuddur

Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri arasında keçirilən təkbətək və geniş tərkibdə görüşlərdə regional və qlobal təhlükəsizlik məsələləri, eləcə də Ermənistan-Azərbaycan arasında postmünaqişə prosesi ilə bağlı fikir mübadiləsi aparılıb.

NTV xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tbilisidə gürcü həmkarı Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.

Görüş zamanı qlobal miqyasda baş verən proseslərin, bölgəyə təsir edə bilən təhlükəsizlik təhdidlərinin, digər qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunduğunu diqqətə çatdıran nazir əlavə edib: “Eyni zamanda, həmkarımı Ermənistan-Azərbaycan postmünaqişə dövründə və onun hazırkı mərhələsində gedən proseslər barədə ətraflı məlumatlandırdım. Bu kontekstdə iyulun 10-da Abu-Dabidə Azərbaycan və Ermənistan liderləri arasında baş tutmuş danışıqlar, mövcud müsbət dinamika barədə məlumat verdim. Hesab edirik ki, sülh yolunda yaxşı perspektivlər mövcuddur. Biz bu yolun davam etdirilməsini real hesab edirik. Bu yolun başa çatdırılması üçün bəlli addımlar vardır, lakin Ermənistan tərəfi hələ ki bu addımları atmayıb”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM